8 aprel 2025-ci il tarixində keçirilmiş hərracda müxtəlif dövlət qurumlarının balansında olan avtomobillər özəlləşdirilib. Satışa təqdim olunan avtomobillər arasında həm minik, həm də xüsusi təyinatlı və yük nəqliyyat vasitələri yer alıb.
Dövlətə məxsus ucuz maşınlar - HƏRRACDA SATILIR, SİYAHI
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, hərraclar rəqabətli keçib.
Satışa çıxarılan avtomobillərin buraxılış illəri 1990-cı ildən 2011-ci ilə qədər olan dövrü əhatə edib. Qiymətə gəlincə, hərracda ilkin satış qiymətləri 500 manatdan başlayıb, 9 min manata qədər dəyişib. Ən aşağı qiymətə satışa çıxarılan avtomobil Mədəniyyət Nazirliyinin təqdim etdiyi 1998-ci il buraxılışlı QAZ 3110 olub. Onun ilkin qiyməti cəmi 500 manat təşkil edib və hərrac nəticəsində 590 manata satılıb. Ən yüksək ilkin satış qiymətinə malik avtomobillər isə Prezidentin İşlər İdarəsinin balansında olan iki ədəd 2006-cı il istehsalı BMW 530i markalı minik avtomobilləri olub. Hər biri 9 min manata təklif edilib. Onlardan biri yekunda 10 min 500 manata, digəri isə 9 min 500 manata satılıb.
Bəzi avtomobillərdə ilkin və yekun satış qiymətləri eyni olsa da, digərlərində ciddi qiymət fərqi yaranıb. Məsələn, Prezidentin İşlər İdarəsinə məxsus Mercedes-Benz 3120 mikroavtobusu ilkin olaraq 7 min manata təklif olunub, lakin hərrac nəticəsində 12 min 500 manata satılıb. Bu nəqliyyat vasitəsi həmin gün ən yüksək qiymətə satılan avtomobil olub. Digər bir nümunə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan 2008-ci il buraxılışlı KAMAZ yük avtomobilidir. İlkin qiyməti 2 min 800 manat olan bu nəqliyyat vasitəsi hərracda 9 min manata alıcı tapıb.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Bakı şəhəri üzrə 8 aprel 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı:
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları |
20 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi |
Siyahı əlavə olunur |
53550 |
53550 |
06/25 04.03.2025 |
|
2 |
Ali Məhkəmə |
Nissan Teana minik |
77 AV 223 |
2007 |
6225 |
6225 |
06/25 04.03.2025 |
3 |
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu |
Chevrolet Niva L minik |
10 PK 892 |
2007 |
5250 |
5250 |
06/25 04.03.2025 |
4 |
Azərbaycan Respublikası Mədəniyyət nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası |
QAZ 3110 minik |
10 ax 554 |
1998 |
500 |
590 |
06/25 04.03.2025 |
5 |
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi |
BMW 530İ minik |
10 PA 706 |
2006 |
9000 |
10500 |
06/25 04.03.2025 |
6 |
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi |
BMW 530İ minik |
10 PA 759 |
2006 |
9000 |
9500 |
06/25 04.03.2025 |
7 |
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi |
Mercedes Benz 3120 Mikroavtobus |
10 PA 764 |
1998 |
7000 |
12500 |
06/25 04.03.2025 |
8 |
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi |
QAZ 3110-101 minik |
20 AA 311 |
2003 |
1000 |
1000 |
06/25 04.03.2025 |
9 |
Azərbaycan Respublikasının Baş Prokurorluğu |
Sobol Xüsusi əməliyyat |
10 AZ 146i/o |
2011 |
4500 |
4500 |
06/25 04.03.2025 |
10 |
Ədliyyə Nazirliyi |
Nissan Maxima minik |
10 AO 194i/o |
2002 |
1750 |
1750 |
06/25 04.03.2025 |
11 |
"Respublika Neyrocərrahiyyə Xəstəxanası" PHŞ |
Ford xüsusi reanimasiya |
10 JC 490 |
1990 |
2625 |
2625 |
06/25 04.03.2025 |
12 |
Ədliyyə Nazirliyi |
QAZ 31105-100 minik |
10 AO 311i/o |
2008 |
1170 |
1200 |
06/25 04.03.2025 |
13 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi |
KAMAZ 6520 Yük |
99 JR 302 |
2008 |
2800 |
9000 |
06/25 04.03.2025 |