Satanı çox, alıcısı isə demək olar ki, yoxdur. Söhbət son həftələr paytaxtın avtomobil bazarlarında yaşanan real vəziyyətdən gedir.
Xaricdən Azərbaycana gətirilən elektromobillər - 11% BAHALAŞIB
Gürcüstanın Azərbaycana avtomobil ixracında - REKORD
FED.az xəbər verir ki, avtomobil bazarı üzrə qiymətləndirici Sərxan Qədirov deyir ki, xüsusən ötən həftə sonu satış məntəqələrində nəqliyyat vasitələrinin izdihamı yaşanıb.
Hətta satışa çıxarılan avtomobillərin sayı o qədər çox olub ki, bəzi bazarlarda sıxlığa görə giriş –çıxışa məhdudiyyətlər qoyulub. Onun fikrincə, ənənəvi sayılmayan bu vəziyyətin müxtəlif səbəbləri var.
Sərxan Qədirov deyir ki, bazarlarda avtomobil sayının artmasına baxmayaraq qiymətlərdə enmə müşahidə olunmur.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə bildirib ki, hazırda vətəndaşların bir çoxu kiçik mühərrikli və az yanacaq sərf edən, əsasən isə elektromobil və hibrid avtomobillərə üstünlük verirlər. Bu da iri mühərrikli və istehsal müddəti çox olan avtomobillərin kütləvi şəkildə bazararlara çıxarılmasına səbəb olur.
Ekspert deyir ki, vəziyyət bu şəkildə davam edərsə, gələcəkdə buraxılış ili köhnə olan nəqliyyat vasitələrinin qiymətinin enməsi və tədricən istismardan çıxarılması prossesi başlayacaq. Bunu əksinə olaraq isə, yeni avtomobillərin, əsasən də elektomobillərin satış qiymətləri artacaq. (Xəzərxəbər)