Texnologiya sevərlər artıq çoxdandı ki, elektromobil almaq niyyəti ilə bu tip maşınlara göz salıblar. Lakin bütün bu qədər həvəs və marağa baxmayaraq elektromobillərin ümumi satışları “kölgədə qalır”
Elktromobillərə b u qədər marağın olmasına baxmayaraq alıcıların nə üçün bu maşınları almaqda ehtiyat etdikləri məlum olub. Belə ki, “Autolist”in ekspertləri nə üçün insanların bu maşınları almamaqlarının 9 səbəbini öyrənib.
Səbəb 1: Birdəfəyə enerji yükləməsi ilə yürüş məsafəsi
Araşdırma göstərir ki, ümumilikdə bu kateqoriya avtomobillərin alıcıları arasında maşınların qiyməti barədə bir o qədər narazılıq yoxdur.
35 min dollar dəyərində olan elektromobil alıcıları maşınlarının bir dəfə sarj edilməklə 320 – 560 kilometr gedə bilməyini arzu etdiklərinik bildiriblər.
Bu göstərici hazırda bazarda təklif olunan maşınların yürüşləri ilə üst-üstə düşür. Misal olaraq hazırda bu tip Chevrolet Bolt EV, Hyundai Kona Electric və ya Kia Soul EV. kimi elektromobillər satılır.
Lakin, qiyməti 70 min dollardan yuxarı olan elektromobillərdən söz gedəndə bu sektorun alıcıları maşınlarının yürüş kilometrini bir dəfə sarj edilmədən sonra 800 kilometrdən çox olmasını istəyiblər. Lakin hazırda bu seqmentdə olan ən bahalı Tesla və Audi belə bir dəfə sarj olunmaqla belə uzun məsafəyə yürüş edə biləcək maşın təklif edə bilmir.
Səbəb 2: Yüksək qiymət
Sorğu iştirakçıların 69% hesab edir ki, bu tip avtomobillərin alınması üçün güzəştli kreditlər təklif edilməlidir və ya digər güzəştlər olmalıdır. Əsk təqdirdə özlərinə belə bahalı maşın almaq icazə verə bilməzlər.
Səbəb 3: Yaxınlıqda enerji yükləmək imkanının olmaması
Araşdırmalar zamanı məlum olub ki, avtomobil sarjları barədə ən kütləvi yalnış məlumat Tesla sarjları barədə olub.
Belə ki, “Autolist”in mütəxəssisləri əhaliyə maraqlı sual ünvanlayıblar. Sual isə belə olub: İstənilən elektormobili Tesla sarj yığma məntəqələrində enerji ilə təchiz etmək olarmı?
Sorğuda iştirak edənlərin 74% - i bildirib ki, bilmirlər, 14% yox cavabı, 12% isə bəli cavabını veriblər. Əslində isə bu sarj stansiyaları yalnız Tesla avtomobilləri üçün nəzərdə tutulub.
Yeri gəlmişkən ekspertlər bildirir ki, Tesla sarj stansiyaları gələcəkdə digər model elektromobillərlə aktiv şəkildə rəqabətə girəcək.
Səbəb 4: Enerji yükləmək üçün tələb olunan vaxt
Vaxtın qızıldan qiymətli olduğu dövrdə , hər kəsin harasa tələsdiyi bir zamanda elektromobillərin sarj almaq vaxtı bu avtomobillərin alınmasında əsas gətirilən vacib səbəblərdən biri hesab olunur. Odur ki, insanlar istəmir ki, vaxtlarını avtomobillərin sarj edilməsinə xərcləsinlər.
Səbəb 5: Arxayın olmaq üçün lazımi qədər məumatın olmaması
11% sorğu iştirakçısı bildirib ki, elə elektormobil brendi yoxdur ki, onun haqqında hər şey bilsinlər və ona etibar etsinlər.
Səbəb 6: Akkumulyatorların istifadə müddəti
Elektormobillərin batareykalarının işləmə müddəti bu tip maşın alıcılarını narahat edən əsas məqamlardan biridir. Sorğu iştirakçılarının məhz 25% bu kimi məsələlərdən narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, soerğuda ümumilikdə ABŞ da yaşayan 1567 avtomobil sahibi iştirak edib.
Səbəb 7: Etibarlıdırmı? - Sual altındadır
Etibarlılıq sualı avtomobil seçimində əsas məsələlərdən biri hesab olunur. Onu da qeyd edək ki, elektormobil alıcıları daha çox bu maşınları ailə istifadəsi üçün almağı planlaşdırırlar. B u da belə avtomobillərin etribarlılıq məsələsini önə çıxardır.
Sorğu iştirakçılarının 55%-i elektomobili, ailələrinin istifadəsində olan əsas maşın kimi almaq istədiklərini, 24% isə bu tip maşını ailənin ikinci avtomobili kimi almaq istədiklərini bildiriblər. 10% isə bu tip avtomobili ailənin 3-cü maşını kimi , 11% isə bu sualı cavablandıra bilməyiblər.
Səbəb 8: Elektromobillərin batareykasının hazırlandığı materialların keyfiyyəti
Digər bir narahatçılıq isə elektormobillərin batareykalarının keyfiyyətidir. Alıcıları narahat edən amillərdən biri də elektromobillərin batareykalarının hazırlandığı materialların keyfiyyətidir.
Ekspertlərin fikrincə əvvəlki dövr ilə müqayisədə indi bazarda daha çox elektromobil təklif olunur alıcılara, lakin məlumatsızlıq alıcının işini yenə də asanlaşdırmır.
Səbəb 9: Ölçüsü uyğun gəlmir
Elektromobillər arasında alıcıların istədiyi ölçüdə və ya formada avtomobillərin az olması bu seqment avtomobil alıcılarının fikirlərindən daşınmaq qərarına gətirir.