2023-cü ilin birinci rübündə “Tesla Model Y” bütün avtomobillər arasında dünyada ən çox satılan model olub.
"Tesla" elektrikli avtomobillərin qiymətlərini aşağı salmağa - DAVAM EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə “The Verge” nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, “Tesla” ilk üç ayda dünya üzrə 267 000 “Model Y” satıb ki, bu da ötən ilin əvvəlindəki satışlardan 69% çoxdur. İkinci yerdə 256.4 min ədədlə “Toyota Corolla” qərarlaşıb. İlk üçlüyü bütün dünyada 214.7 min tirajla satılan “Toyota Hilux” qapayır.
İlk 5-liyə həmçinin “Toyota RAV4” (211 min ədəd) və “Toyota Camry” (166.2 min ədəd) daxildir. Beləliklə, “Toyota”, Volkswagen”, “General Motors” və “Ford” ilə birlikdə dünyanın ən məhsuldar avtomobil istehsalçılarından biri olaraq qalır.