Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.
FED.az-ın məlumatına görə, bu barədə Gəncə Avtomobil Zavodundan bildirilib.
ELƏCƏ DƏ BAX: Məşhur avtomobil şirkətinə yeni prezident – TƏYİN EDİLDİ
Bununla bağlı saziş Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov və zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyevin Belarusa səfəri çərçivəsində imzalanıb.
Tərəflər Minsk Avtomobil Zavodunun (MAZ) avtobuslarının yığılması, “Belkommunmaş” şirkəti tərəfindən istehsal olunan elektrobus tərkib hissələrinin tədarükü və “Qomselmaş” zavodunda istehsal olunan kombayn tərkib hissələrinin tədarükü barədə saziş imzalayıb.
Azərbaycanda elektrik avtobusları yığılacaq – YENİLİK
20:13
24 Yan 2019