Fransanın məşhur avtomobil istehsalçısı - “Renault” şirkətinin Direktorlar Şurası şirkətə rəhbərliyi Jan Dominik Senara həvalə etmək barədə qərar qəbul edib.
FED.az-ın məlumatına görə, yeni prezident bundan əvvəl təkər istehsalı ilə məşğul olan “Michelin” şirkətinin rəhbəri olub.
ELƏCƏ DƏ BAX: Gürcüstana köhnə avtomobillə gedib, yenisi ilə qayıtdı - İFŞA EDİLDİ
Bundan başqa, Direktorlar Şurası indiyə qədər şirkətin vitse-prezidenti (həm də baş direktoru) olan Tyerri Bollorenin vəzifəsində saxlanılmasına qərar verib.
Qeyd edək ki, bundan əvvəl “Renault” şirkətinin prezidenti (həm də “Renault” – “Nissan” – “Mitsubishi” alyansının rəhbəri) olmuş Karlos Qohn istefa verib. O, ötən il noyabr ayının 19-da maliyyə qanunlarını pozmaqda şübhəli bilinərək Tokio həbsxanasına salınmışdı.
Məşhur avtomobil şirkətinə yeni prezident – TƏYİN EDİLDİ
18:58
24 Yan 2019