Bu ilin ilk 11 ayında Azərbaycana 1 milyard 786 milyon dollar dəyərində 96 min 57 ədəd minik avtomobili idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 368,5 milyon dollar və ya 26%, miqdar ifadəsilə isə 21 min 691 ədəd, başqa sözlə 29,2% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 1 milyard 418 milyon dollar dəyərində 74 min 366 ədəd minik avtomobili gətirilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə idxal olunan bir minik avtomobilinin orta qiyməti 18 min 598 dollar (təxminən 31 min 617 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 19 min 68 dollar (təxminən 32 min 416 manat) idi. Bu da illik müqayisədə 470 dollar (799 manat) və ya 2,5% ucuzlaşma deməkdir.










