Avto

Azərbaycan Gürcüstandan avtomobil idxalını - 2 DƏFƏDƏN ÇOX ARTIRIB

Azərbaycan Gürcüstandan avtomobil idxalını - 2 DƏFƏDƏN ÇOX ARTIRIB | FED.az
11:51 19 Avq 2019

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 10 788 ədəd avtomobil idxal edib.

FED.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Eləcə də bax: Azərbaycanda köhnə avtomobillərin məhv edilməsi - PROQRAMİ HAZIRLANIR

Hesabat dövründə qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 115 mln. 247,1 min dollar təşkil edib.

Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı illik müqayisədə 6 039 ədəd və ya 2,27 dəfə çoxdur.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 83 mln. 973,2 min dollar dəyərində 4 749 ədəd avtomobil alıb. 

Digər xəbərlər