Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanmasına başlanır.
FED.az xəbər verir ki, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi işləri üzrə məsləhət xidmətləri üçün elan etdiyi tenderin qalibi "Eko Enerji" MMC olub.
Eləcə də bax:DYP rəhbərliyi, nömrə satışı və nasaz avtomobillərlə bağlı suallara - CAVAB - MÜSAHİBƏ
Bağlanmış müqaviləyə əsasən, "Təmiz Şəhər" ASC yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dovriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi işləri üzrə məsləhət xidmətləri üçün "Eko Enerji" MMC-yə 47 min 508 manat ödəyəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqrama əsasən, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə 2019-2020-cu illərdə Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqini təmin etməlidir.
"Təmiz Şəhər" ASC səhmlərinin saxlanması və ya idarə olunması İqtisadiyyat Nazirliyinə həvalə olunmuş hüquqi şəxslər sırasında yer alıb.