"Kama" avtomobil şirkəti Rusiyanın "Atom" elektrik avtomobili üçün öncədən 36 min sifariş qəbul edib.
Bu şirkət rekord sayda yeni «Moskviç» alacaq - 3 MİN AVTOMOBİL
FED.az xəbər verir ki, bu rəqəm ilin birinci yarısında Rusiyada elektriklə işləyən avtomobillərin ümumi satışından beş dəfə çoxdur.
Şirkətin mətbuat xidməti qeyd edib ki, “Atom” elektromobilləri “Moskviç” zavodunda istehsal olunacaq, burada artıq sənayeləşmə və istehsalın sazlanması proseslərinə başlanılıb.
Modelin istehsalına 2025-ci ilin ortalarında başlanmalıdır. Hazırda elektromobilin bir neçə nüsxəsi artıq yaradılıb.
"Atom" brendinin sahibi "Kama" şirkətidir. (Marja)