Rusiyanın ən populyar taksi və karşerinq xidməti olan «Yandeks Go» öz avtoparkı üçün 3 min ədəd yeni «Moskviç» avtomobil alacaq.
FED.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, «Yandeks» artıq «Moskviç» zavodu ilə müqayilə bağlayıb və maşınları bu ildən almağa başlayacaq.
Ümumiyyətlə bu il «Moskviç» 50 min avtomobil buraxmaq niyyətindədir ki, onun da 10 mini elektrik avtomobili olacaq.
Daha əvvəl isə «Sitimobil» şirkətinin sahibi olan «People & People» şirkəti də zavoddan 2 min ədəd avtomobil alacağını elan edib.
Xatırladaq ki, Rusiyanın «yenilənmiş» adı ilə təqdim etdiyi əslində Çin avtomobillərinin bazasında buraxılan «Moskviç» avtomobilləri «Renault» şirkətinin sanksiyalara görə Rusiyada qoyub getdiyi zavodunda buraxılır.