Bu ilin ilk 11 ayında Azərbaycana 90,6 milyon dollar dəyərində 808 ədəd sərnişin daşımaq üçün nəzərdə tutulmuş avtobus idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, avtobus idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 24,4 milyon dollar və ya 36,9%, miqdar ifadəsilə isə 430 ədəd, başqa sözlə 113,8% (2,1 dəfə) çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 66,2 milyon dollar dəyərində 378 ədəd avtobus gətirilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə idxal olunan bir avtobusun orta qiyməti 112 min 180 dollar (təxminən 190 min 706 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 175 min 190 dollar (təxminən 297 min 823 manat) idi. Bu da illik müqayisədə 63 min 10 dollar (107 min 117 manat) və ya 36% ucuzlaşma deməkdir.










