ABŞ xarici avtomobillərə təxminən 25 % rüsum tətbiq etmək niyyətindədir, oxşar tariflər dərman vasitələrinə də tətbiq olunacaq.
Ötən ay idxal olunan elektromobillərin qiyməti 7 min dollar bahalaşıb
FED.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp yeni fərmanlarını imzalayarkən jurnalistlərə açıqlamasında deyib.
“Yəqin ki, bu barədə aprelin 2-də deyəcəyəm, amma bu, 25 % olacaq”, - o deyib. Trampa xarici avtomobillər üçün nəzərdə tutulan rüsumların dərəcəsi ilə bağlı sual verilib.
Ağ Ev rəhbərinə əczaçılıq məhsullarına mümkün tariflər barədə də sual verilib. "25 % və yuxarı. Onlar il ərzində çox əhəmiyyətli dərəcədə artacaq", - cavab verib.
İmzalanma ABŞ liderinin Florida ştatının Vest-Palm-Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş tutub. (Report)