İşğaldan azad edilən rayonlarda fındıq plantasiyaları salına bilər.
FED.az xəbər verir ki, bunu “Aqrarco” MMC-nin baş icraçı direktoru Cavid Kazımov deyib.
Eləcə də bax: Azərbaycan fındıq ixracına görə dünyanın top - 3 ÖLKƏ SIRASINA DAXİLDİR
Onun sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlara müraciət göndərilib və məsələyə baxılır.
“İşğaldan azad edilən rayonların torpağı əlverişlidir və aldığımız rəylər kifayət qədər müsbətdir. Təbii ki, su ilə bağlı müəyyən məsələlər var. Bildiyiniz kimi, fındıq əsasən dağətəyi ərazilərdə bitir. Yəni ən yaxşı məhsulu dəniz səviyyəsindən 200 metr yüksəklikdə əldə etmək olar. Misal üçün Qarabağın dağətəyi rayonlarında, Zəngilanda, Kəlbəcərdə və s. Burada kifayət qədər ciddi məhsul əldə etmək üçün lazımı şərait var. Biz bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etmişik və onların cavablarını gözləyirik”, – deyə Cavid Kazımov qeyd edib. (Apa)