Azərbaycan fındıq məhsulunun ixracına görə dünyanın top 3 ölkə sırasındadır.
Eləcə də bax: Azərbaycanda fındıqçılığın inkişafına dair sənəd - İMZALANACAQ
FED.az xəbər verir ki bunu, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Surxay Novruzov Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Agrarco MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsinin imzalanma mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, ümumilikdə ölkə ərazisində 80 min hektardan artıq sahədə fındıq əkilib.
"Onlarda 840 hektarı ötən il əkilib. Hazırda bar verən bağlardan 67 min tondan çox məhsul yığılır və çox böyük hissəsi ixrac olunur",- deyə Surxay Novruzov qeyd edib. (Apa)