Bakıdakı bazarlarda kartofun qiymətində nəzərəçarpacaq dərəcədə qiymət artımı müşahidə edilir.
Eləcə də bax: "Fermerdən sahədə alınan məhsul bazarda 50-100% bahasına satılır" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bahalaşma xüsusən son günlərdə sahələrdən yığılıb gətirilən kartofların qiymətində hiss olunur.
Satıcılar da son günlər təzə kartofun qiymətində artımın olduğunu deyir. Bölgələrdən paytaxta daha az kartof gətirildiyini deyən satıcılar qiymətə əlverişsiz hava şəraitinin təsir etdiyini deyir.