Artın qiymətlər və sürətlə yüksələn inflyasiya ölkə əhalisini və artıq son həftələr hökuməti də narahat edən məsələyə çevrilib. Bir neçə gün əvvəl Nazirlər Kabineti antiinflyasiya tədbirləri haqqında sərəncam verdi. Sərəncamda qiymətləri sabit saxlamaqla bağlı çoxsaylı tədbirlər və dövlət qurumlarına tapşırıqlar əksini tapıb. Bunların arasında əsas məsələlərdən biri də yerli istehsal və onun qiymətinin idarə edilməsi, o cümlədən, məhsulların baha satılmasına, süni artıma, qiymət manipulyasiyalarına qarşı tədbirlərin görülməsidir.
Qiymətlərin artdığı sahələrdən biri də yerli istehsal olan kənd təsərrüfatı məhsullarıdır. Bu sahədə qiymətlərin formalaşması və artımın qarşısının alınması üçün çıxış yolları barədə FED.az-ın suallarına Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin analitika departamentinin müdiri Səadət Hacıyeva cavab verir:
““Qara gün” üçün pul yığdığımızı deyirdik, o an gəlib çatıb” - MÜSAHİBƏ
- Səadət xanım, biz bir neçə il bundan əvvəl bir reportaj hazırlamışdıq, məlum oldu ki, onda Bərdədə əkilən yerkökü, hansı ki, Bakıda iki manata satılırdı, fermer bunu cəmi 15 qəpiyə satır. Fermer bizə şikayətlənirdi ki, məndən onu 15 qəpiyə alıb Bakıda bunu 2 manata satırlar. Bu, təqribən 10 il əvvəl olmuşdu. İndi də belədir?
- Düz qeyd edirsiniz, indi hazırda ümumiyyətlə, dünyanın hər bir yerində bu, kənd təsərrüfatı məhsullarından ilkin qiyməti ilə yəni bu, istehsalçı qiymətidir, fermerlərin satış qiyməti ilə son istehlakçı qiymətləri arasında fərqlər mövcuddur. Düşünürəm ki, burada məsələ fərqlərin nə qədər olmağındadır.
- Fərq olmalıdır, aydındır, o Bakıya gəlirsə...
- Bəli, 10 il qabaq bu məsələlər ola bilsin 15 qəpikdən 2 manata qədər fərq var idi, indi də istisna deyil ki, bəzi fermerlər hazırda bəzi məhsullarının satış problemləri ilə üzləşirlər, belə hallara rast gəlirik, bizə də aidiyyatı üzrə şikayətlər daxil olur bununla bağlı, ancaq hazırda mən ümumi olaraq bir rəqəmi səsləndirim ki, kənd təsərrüfatı məhsullarının - burada əsas məhsullar deyərkən mən meyvə-tərəvəz məhsullarını nəzərdə tuturam - sahədən istehsalçıdan satış qiyməti ilə Bakı şəhərində satış qiyməti arasındakı fərq təqribən 50%-dən başlayaraq 100%-ə qədər dəyişir.
"Kefiyyətli məhsulun qiyməti 14-15 manatdır. Fevralda, bu qiymət 20-22 manata qalxacaq" - MÜSAHİBƏ
- 100 faizi keçmir, eləmi?
- Ola bilsin müəyyən dövrlərdə 100 faizi keçən hallar da olur, amma əksər hallarda bu, 50-100 faiz arasında dəyişir.
- Bu ədalətlidir, yoxsa, fərq daha yaxşı ola bilərdi?
- Sizə bir-iki nümunəni qeyd eləmək istəyirəm. Avropa Birliyi ölkələrində süd məhsulları üzrə bu fərq - söhbət təzə süddən gedir - 28 faizlə 65 faiz arasındadır. Daha doğrusu, istehsalçı qiymətinin istehlakçı qiymətində payı 28 faizdən 65 faizə qədər dəyişir.
- Mən faizlərlə çox işləyirəm, amma hətta mən də qarışıq saldım. Gəlin bir misal çəkək, tutaq ki, fermer neçəyə satır və mağazada neçəyə satılır.
- Məsəlçün, təzə südün mağazada qiyməti 1 manatdırsa, fermerdən alınan qiymət 65 qəpik təşkil edir.
- Bu Avropadadakı rəqəmlərdir. Bəs Azərbaycanda necədir?
- Bu rəqəm məhsulun çeşidindən, növündən, saxlama şərtindən, yəni saxlana bilən olub-olmamasından asılıdır.
İcra başçısı fermerin təsərrüfatında: 5 hektar pomidor istixanası, 200 hektar bağı var - FOTOLAR
- Tez xarab olan məhsul oldusa, artıq fermer onu daha ucuz satmalıdır deməli...
- Bəli. Buna ticarət əlavəsi və ya “marketinq marjası” deyilir. Bu, yəni istehsalçı, fermerin satdığı qiymətlə məhsulun son istehlakçı (yəni mağazadakı) qiyməti arasındakı fərq. Bu marjanı formalaşdıran bir çox amillər var, burada logistika – yəni məhsulun daşınıb çatdırılması sisteminin xərcləri, tədarük xərcləri, sahibkarın marjası və sair var. Yəni məhsul fermerdən çıxıb istehsalçıya çatanadək bir neçə əldən, zəncirdə bir neçə iştirakçıdan keçir. Bir neçə tədarükçü varsa, onların da mənfəət marjası var və hətta qeyd eləyim ki, bu, bazar risklərindən asılı olaraq dəyişə bilən bir şeydir.
Torpağın varsa işə başla: 1 hektar bağ salmaq neçə başa gəlir? – HESABLAMA, MƏBLƏĞLƏR
- Deməli fermer məhsulunu satır, pulunu alıb gedir. Onu son alıcıya çatdırmaq isə bu zəncirin işidir.
- Bəli, əgər bu riskli, yəni satış riski yüksək olan məhsuldursa, bu fərq bir qədər də artır. Bu fərq, məsəlçün, gilasın bəzi növlərində, almanın bəzi çeşidlərində daha yüksəkdir, bəlkə 100 faizdən də artıqdır, çünki həmin məhsulların satış riski də böyükdür və risk artdıqca, bu digər xərclər hamısında var, dediyim kimi, tədarük, saxlanma, emal, sahibkarın marjası bütün məhsullarda var.
Azərbaycanda 1 hektar torpaq sahəsindən - NƏ QƏDƏR GƏLİR ƏLDƏ ETMƏK OLAR? – BİTKİLƏR, MƏBLƏĞLƏR
- Bir neçə həftə əvvəl pomidor becərən bir sahibkarla danışırdıq, ondan hansı növ pomidor əkməyin daha sərfəli olduğunu soruşanda bizə sualla cavab verdi ki, «yaxşı» kimin üçün - alıcı üçün, yoxsa satıcı üçün. Bunun fərqi ilə maraqlananda bildirdi ki, alıcı üçün yaxşı variant dadlı, qabığı nazik pomidordur, amma bu növ tez xarab olur. Satıcı üçün sərfəli variant isə başqa növ idi – onun qabığı qalındır və azı 1 həftə saxlamaq olur və bu pomidoru xarab olmasından narahat olmayaraq istəynilən yerə göndərmək mümkündür. Siz bunu nəzərdə tuturdunuz?
- Tamamilə doğrudur, yəni ki, məhsulun saxlama müddəti qısaldıqca, yəni o təzə məhsul kənd təsərrüfatında əsasən təzə kimi satılır yüksək qarşılıqda, onun satış riski də artır və bu da onun qiymət artımına birbaşa olaraq təsir göstərir.
- Siz kənd təsərrüfatı məhsullarının qiymətlərini necə izləyirsiniz? Bu məlumatları haradan əldə edirsiniz?
- Hazırda biz Aqrar Tədqiqatlar Mərkəzi olaraq kənd təsərrüfatı məhsullarının demək olar ki, əksəriyyətinin növünü və çeşidi üzrə qiymətlərini izləyirik. Əsas ticarət şəbəkəsi Bakıda, Bakı Meyvəli topdan satış bazarında biz hər gün gündəlik olaraq təzə məhsulların qiymətlərini izləyirik, eləcə də 8-ci kilometr bazarından həmin məhsulların pərakəndə satış qiymətlərilə bağlı hər gün gündəlik informasiya toplayırıq. Bu məlumatlar bizim aqrarbazar.az saytımızda toplanır. Bu, ictimai saytdır, hər kəs üçün açıqdır, yəni tamaşaçılarımız faydalana bilər. Paralel olaraq həftədə 2 dəfə olmaqla bizim Kənd Təsərrüfatı Nazirliyinin rayonlardakı Dövlət İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən birbaşa olaraq fermerdən soruşularaq həftədə 2 dəfə sistemə daxil olunur.
- Səadət xanım, dediniz deməli, fermer satış qiymətilə məhsulu satır, onlardan bir qrup vasitəçi ondan yığır, bəlkə də rayon mərkəzinə gətirir, ikinci hissə onu götürür, gətirir Bakıya, üçüncü hissə buradan götürür artıq bazarlara gedir və axırda biz onu bazardan alırıq. Qiymət ən çox harada bahalaşır, rayondan Bakıya gələndə, “Meyvəli”də, yoxsa bazarda?
- Bizim araşdırmalara görə, sahədən satış qiymətilə, yəni fermerdən alış qiymətilə topdan satış nöqtəsi arasında fərq çox deyil.
- Topdan satış nöqtəsi deyəndə haranı nəzərdə tutursunuz?
- Topdan satış nöqtəsi deyəndə «Meyvəli» bazarından söhbət gedir. Qiymətlərdə əsas fərq “Meyvəli”dən sonra paylanma şəbəkələrində, artıq istehlakçıya qədər olan mərhələdə yaranır. Bu ola bilsin bazarlara çatdırılır, bu ola bilsin şəhərlərdə xırda ticarət meyvə-tərəvəz vasitəsilə olsun, yəni hazır məhsul, meyvə-tərəvəz istehlakçıya nə qədər yaxınlaşırsa, onun qiyməti bir o qədər daha çox bahalaşır.
- Gəlin “Meyvəli” ilə bağlı məsələni dəqiqləşdirək. Tutaq ki, mən “Meyvəli”də işləyirəm, fermer mənə məhsul gətirir, mən də onu digər şəxslərə satıram. Siz «çox bahalaşmır» dedikdə hansı qiyməti nəzərdə tutursunuz – məhsulun «Meyvəli»yə daxil olduğu, yoxsa çıxdığı qiyməti?
- Mən məhsulun fermerin sahədən satış qiyməti ilə «Meyvəli»dən çıxış qiymətini müqayisə edirəm. Əksər məhsullarda topdan və pərakəndə satış arasındakı fərq üç mərhələdən ibarətdir. Bu fərqin azaldırması istiqamətində artıq işlər başlayıb. Mən deyərdim bu, logistika sisteminin yeni-yeni inkişaf etməsi ilə birbaşa olaraq bağlıdır.
- Yəni çatdırılma mexanizmi olmadığına görə, hazırda çatdırılma ilə məşğul olanlar fermerlərə öz şərtlərini diktə edirlər, düz başa düşdüm?
- Vəziyyət belədir: Azərbaycanda təqribən 500 min fermer fəaliyyət göstərir. Ölkədə istehsal olunan meyvə-tərəvəz, ümumiyyətlə, kənd təsərrüfatı məhsulları 500 min istehsalçıdan formalaşır. Bu, kifayət qədər böyük rəqəmdir və bu istehsalçıların məhsulunu gətirib Bakı şəhərinə və yaxud da ki, hansısa iri şəhərlərə çatdırmaqda ticarətçilər böyük rol oynayırlar. Bu gün desək ki, əgər o ticarətçilər olmasaydı, qiymət ucuz olardı, bu düz olmazdı. Çünki o kiçik istehsalçıların 1 ton, 2 ton və yaxud da onun eyni anda sahəsindən 10 tonluq məhsul gücü olmur. O hissə-hissə məhsulu istehlakçıya çatdırmaqda birbaşa olaraq ticarətçilər mühüm rol oynayır və onların sayəsində o 500 min fermerin əksəriyyəti öz məhsulunu istehlakçıya çatdıra bilir.
- Belə çıxır kpi, bu vasitəçilər olmasa, fermerlərin məhsulu ümumiyyətlə son istehlakçıya çatmaya bilər?
- Bəli. Əgər biz aralıq təcarətçiləri zəncirdən çıxartmağı nəzərdə tutsaq ki, bunların sayı artdıqca qiymətlər qalxır, bu, doğru olmazdı. Burada başqa həllər də var. Məsəlçün, biz saxlama infrastrukturunu, soyuducu anbarları inkişaf elətdirə bilərik, bununla bağlı artıq tədbirlər görülür. Son illər soyuducu kameraların, soyuducu anbarların sayı kifayət qədər artıb. Amma yenə də xüsusilə də tərəvəz yönümlü saxlama anbarlarına ehtiyac var. İxrac olunan meyvə-tərəvəz məhsulları ilə bağıl bu infrastruktur demək olar ki, artıq formalaşıb. Amma tərəvəz, o cümlədən kartof və soğan yönümlü məhsullar üçün hələ də çatışmazlıqlar mövcuddur. Həmçinin xüsusi qeyd edim ki, daşınma logistikası ilə bağlı, topdan satış bazarlarının formalaşdırılması ilə bağlı tədbirlərin görülməsinə ehtiyac var.
- Bunun üçün nə işlər görülür?
- Biz artıq vergilər məcəlləsinə dəyişiklik eləmişik. Əvvəllər topdan satış şəbəkəsi qurmaq istəyən bir istehlakçı sahibkar bütün dövriyyəyə görə əlavə dəyər vergisi (ƏDV) ödəyirdi. İndi isə dəyişikliyə görə, o yalnız ticarət əlavəsindən vergi verməli olacaq, yəni əvvəl məhsulun maya dəyəri 50 qəpik idisə, 10 qəpik üstünə qoyub satırdısa, bu 60 qəpikdən 18% vergi verirdi və nəticədə bəzən verginin həcmi sahibkarın qoyduğu marjadan çox olurdu. İndi isə sahibkar yalnız malın üzərinə əlavə etdiyi 10 qəpikdən ƏDV ödəyəcək. Bu da ölkədə topdansatış şəbəkəsinin, topdansatış infrastrukturunun formalaşmasına çox böyük təkan verəcəyi gözlənilir. Bununla da qiymətlər arasında fərqin nisbətən sabitləşməsi təmin oluna bilər.
- Deməli, 500 min adamdan məhsul alınırsa, amma əgər bunu 10-15 şirkət həyata keçirirsə, təbii ki, burada logistika problemləri olacaqdır. Deməli logistikayla məşğul olanların sayı artmalıdır?
- Məsələ təkcə logistika ilə məşğul olanların sayını artırmaqda deyil. Əsas məsələ topdan satış şəbəkələrinin sayını, saxlama infrastrukturunu inkişaf etdirmək, saxlama ilə məşğul olan sahibkarların sayı artmalıdır. Bu addım bazarda rəqabət yaradacaq. Hələlik isə xırda təsərrüfatçılar, xırda istehsalçılar özləri maraqlıdır ki, onlar ferma qapısından, yəni sahədən məhsulu satsınlar. Bu baxımdan, hələ ki, yəni sahədən məhsul satan fermer üçün onu oradan sahədən 1 manat 40 qəpiyə satmaq daha əlverişlidir. Çünki özü onu gətirib şəhərdə istehlakçıya çatdırdığı halda xərcləri daha çox olacaq.