İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən türk standartı əsasında AZS 932:2023 (TS 12298:2006) “Gübrələr-Maye”, AZS 933:2023 (ISO 10382:2002) “Torpağın keyfiyyəti - Xlorüzvi pestisidlərin və polixlorlaşmış bifenillərin təyin edilməsi. Qaz xromatoqrafik üsulla elektronları tutma detektoru ilə aşkarlanması” dövlət standartları qəbul edilib.
AZSTAND-dan FED.az-a bildirilib ki, AZS 932:2023 (TS 12298:2006) “Gübrələr-Maye” standartı TS 12298:2006 əsasında işlənilib, gübrələr-maye torpaq və bitkilərə tətbiq olunan maye gübrələri əhatə edir. AZS 933:2023 (ISO 10382:2002) “Torpağın keyfiyyəti - Xlorüzvi pestisidlərin və polixlorlaşmış bifenillərin təyin edilməsi. Qaz xromatoqrafik üsulla elektronları tutma detektoru ilə aşkarlanması” standart torpaqdakı yeddi polixlorlu bifenil və on yeddi xlorüzvi pestisidin kəmiyyətcə təyini metodunu müəyyənləşdirir.
Standartda göstərilən şərtlərə uyğun olaraq 0,1 mq/kq-dan 4 mq/kq (quru maddə şəklində ifadə olunur) aşkarlanma həddinə nail olmaq mümkündür. Bu standart bütün torpaq növlərinə şamil olunur.
Yeni standartlar “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 23) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.