Bu ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 6255 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
"Aqrar Sığorta"nın fermerlərə ödənişləri – 50%-Ə YAXIN ARTIB - YENİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk yeddi ayında aqrar sektorda fəaliyyət göstərən 3457 müraciət üzrə 66,6 milyon manat məbləğində kredit verilib. 2024-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə kredit alanların sayı 37,1 faiz, kredit məbləği isə 43,5 faiz artıb.
Kredit məbləğinin təyinatı üzrə bölgüsü:
- texnika və avadanlıq təyinatlı kreditlər - 50,2 milyon manat (+36 faiz),
- güzəştli kreditlər – 6,1 milyon manat (+12,7 dəfə),
- mikrokreditlər - 10,3 milyon (+14,4 faiz).