Azərbaycanda kənd təsərrüfatı əkinlərini və heyvandarlıq təsərrüfatlarını sığorta edən “Aqrar Sığorta” ASC bu ilin ilk 7 ayı ərzində 13 milyon 491 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 2 milyon 186 min manat, yəni 19,3% artıb. Xatırladaq ki ilin eyni dövründə şirkətin yığımları 11 milyon 305 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği 4 milyon 772 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 533 min manat və ya 47,3% artım deməkdir. Qeyd edək ki, ötən ilin eyni dövründə müştərilərə 3 milyon 239 min manat ödəniş edilib.