Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.
Cəlilabadda təzə kartofun qiyməti kəskin ucuzlaşıb - FERMERLƏR NARAZIDIR
FED.az xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədər kartofa tələbatın azaldığını bildirirlər.
Cəlilabadlı fermerlər də məhsuldarlığın az olduğunu deyərək, qiymətlərdən narazı olduğunu bildirirlər.
Təsərrüfatçılar birinci mərhələdə istixana şəraitində becərdikləri kartofun yığımına başlayıb. Fermerlər deyir ki, bu ilki mövsüm əlverişli keçsə də məhsuldarlıq çox aşağıdır.
Təsərrüfat sahibləri deyir ki, bir-neçə ildir toxumluq kartofun və mineral gübrələrin qiymətində kəskin artım var. Ona görə də kartofun maya dəyəri artıb.
Xezerxeber.az