Azərbaycanda gübrə satışı bazarı liberallaşdırılandan sonra ölkədə gübrə satışı iəl 100-dən çox şirkət və sahibkar məşğul olur.
Eləcə də bax: Azərbaycan yanvar-fevralda mineral gübrə idxalını - 84% AZALDIB
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyevin Qusar və Siyəzən rayonlarında fermerlərlə görüşündə bildirilib. Görüşdə bildirilib ki, nazirliyin müvafiq qurumları tərəfindən taxıl sahələrində monitorinqin nəticələri göstərir ki, əksər sahələrdə aqrotexniki qulluq tədbirlərinin vaxtında həyata keçirilir. Bu isə məhsulun bol olacağına işarə edir.
Görüşdə qeyd edilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il arpa və buğdaya subsidiyalar eyni əmsalla, yəni hər hektara 210 manat olmaqla verilir. Əkinlərin vaxtında bəyan edilməsi subsidiyaları ilin əvvəlində köçürmək imkanı yaradıb və taxılçı fermerlər vəsaitləri təsərrüfat xərcləri üçün istifadə ediblər. Statistik məlumatlara əsasən, subsidiya vəsaitlərinin böyük hissəsi gübrə almaq üçün sərf olunur. Ölkədə gübrə bazarı liberallaşdırılıb, fermerlərin gübrə təminatı ilə 100-dən artıq hüquqi və fiziki şəxs məşğul olur. Bu mexanizm fermerə seçim imkanı yaradır.