2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 8 min 814 ton mineral gübrə idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 84,4% azdır.
Eləcə də bax: Azərbaycan ilk dəfə Hindistana karbamid gübrəsi - İXRAC EDİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $4 milyon 627,9 min (azalma 63,3%) təşkil edib.
Bundan başqa, yanvar-fevral aylarında Azərbaycana $433,7 min dəyərində (azalma 39,8%) 3 min 165 ton sement və sement klinkeri (azalma 17,9%) idxal edilib.
Hesabat dövründə respublikaya $10 milyon 103,3 min dəyərində (artım 2 dəfə) 7 min 22,8 ton polietilen (artım 50,6%) idxal edilib.
Yanvar-fevral aylarında Azərbaycana $20 milyon 41,675 min dəyərində 37,05 min ton metalyayma məhsulu (artım 32,6%), $14 milyon 356,2 min dəyərində 17,554 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 16,8%), $5 milyon 721,1 min dəyərində 5 min 413,3 ton qara metaldan hazırlanan günyə (artım 1,6 dəfə), $23 milyon 362,1 min dəyərində 15,06 min ton qara metaldan hazırlanan boru (azalma 4,2%) idxal edilib. (İnterfaks-Azərbaycan)