2023-cü ilin yanvar-sentyabr aylarında 44,6 milyon ABŞ dolları dəyərində albalı və gilas ixrac edilib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 3 milyon dollar və ya 7,2% çoxdur.
Ötən ilin eyni dövründə isə 41,6 milyon ABŞ dolları dəyərində albalı və gilas ixrac edilib.