Azərbaycanın iri biznes qruplarından biri olan “PAŞA Holdinq”in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə “PAŞA Holdinq”in Gürcüstandakı investisiya layihələri və onların inkişafı müzakirə olunub. Tərəflər şirkətin ölkədəki fəaliyyətinin genişləndirilməsi və əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Bildirilib ki, “PAŞA Holdinq” 2015-dən bəri Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon dollar sərmayə yatırıb və yaxın gələcəkdə əlavə investisiya layihələrini həyata keçirməyi planlaşdırır.













