Company
Keyfiyyətə nəzarət üzrə mühəndis
Son tarix 17 okt 2026 - [email protected]
Təsvir:
- Tikintidə keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
- Podratçı və təchizatçılar ilə keyfiyyətə yoxlamaları həyata keçirir;
- Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
- Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;
- Keyfiyyətə nəzarət planını hazırlayır və rəhbərliyə təqdim edir;
- Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;
- Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
- Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarəti həyata keçimək;
- Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
- Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək ;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək;
- İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
- İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Tikinti rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
- Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
- Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
- Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək.
Tələblər:
- Ali texniki təhsil.
- Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
- Yüksək kommunikasiya bacarıqları;
- Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
- Strateji baxış formalaşdırma bacarıqları;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Avtocad,Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Dil bilikləri: Azərbaycan dili; rus dili (üstünlükdür)
İş şəraiti
- İş yeri: Bakı şəhəri.
- Ezamiyyətlərə hazır olmalı.
- İş vaxti: Həftənin 5 günü - 09:00-18:00
- Əmək haqqı - 1500-2000 AZN (işaxtaranın bilik və iş təcrübəsinə görə dəyişə bilər)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 055 2348540 - İnsan Resursları şöbəsi.













