Cari ilin yanvar-fevral aylarında “Agrarco” MMC-nin ixrac gəlirləri 26,8 milyon ABŞ dolları təşkil edib.
Qusar bağlarından Rusiya və ərəb ölkələrinədək - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın mart sayında bildirilir.
Məlumata görə, MMC-nin ixrac gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,9 milyon ABŞ dolları və ya 5,5 dəfə artıb.
Belə ki, 2025-ci ilin ilk iki ayında “Agrarco” MMC-nin ixrac gəlirləri 4,9 milyon ABŞ dolları idi.
Qeyd edək ki, şirkət ixrac həcminə görə, Azərbaycanın özəl şirkətləri arasında ikinci yeri tutub.













