31 yanvar 2024-cü il tarixində saat 11:00-da hərraca çıxarılan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı açıqlanıb.
2024-cü ilin yanvarında 20 dövlət əmlakının - HƏRRACI KEÇİRİLƏCƏK
FED.az xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (əmlaka baxış hər həftənin cümə günü saat 14:00-17:00).
Siyahıda qeyd olunmuş əmlaklar 3-cü dəfə 30% qiyməti aşağı salınmaqla təkrar hərraca çıxarılır.