2024-cü ilin 23-30 yanvar tarixlərində keçiriləcək hərraclara 20 dövlət əmlakı çıxarılacaq, iştirakçılara səhmdar cəmiyyətlərinin səhm paketinə, nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılacaq.
Müsadirə edilmiş 95 əmlakın hərracı keçiriləcək - SİYAHI
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, yanvarın 23-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi, 5 nəqliyyat vasitəsi, yanvarın 30-da isə 10 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərracda iştirak edəcək şəxslər yüngül və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Onların arasında “Ağdaş Quşçuluq”, “Biləsuvar Broyler” və “Zaqatala Fındıq” kimi səhmdar cəmiyyətləri də vardır. Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 93 min 970 manatla, 1 milyon 120 min 118 manat arasında dəyişir.
Sözügedən tarixlərdə keçiriləcək hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya və Koreya istehsalıdır.
Avtomobillərin buraxılış tarixləri isə 1989-2014-cü illəri əhatə edir.