Xarici satınalma üzrə mütəxəssis
Son tarix 20 okt 2024 - Müraciət et
İş barədə məlumat
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi;
- Xarici sifarişçilərdən daxil olan sorğuların (malların və xidmətlərin) mövcud təchizatçılardan satınalımasını təmin etmək;
- Xarici satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması;
- Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi;
- İstehsalçı tərəfindən qiymətlərin alınması, maliyyətinin çıxarılması;
- Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
- Təchizatla əlaqədər rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi.
- Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək.
Namizədə dair tələblər:
- Yaş həddi 27-40;
- Ali təhsil;
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
- Azərbaycan dili səlis, rus və ingilis dilini əla səviyyədə bilməli;
- 1C , MS Office (Word,Excel,Outlook) proqramları üzrə biliklər;
- “İncoterms” qaydaları üzrə biliklərə sahib olmalı;
- Punktual, məsuliyyətli, ünsiyyətcil, sürətli qərar verəbilmə və inandıcırılıq qabiliyyəti;
- Komandada işləmək, problem həll etmə, araşdırma, sürətli öyrənmə bacarıqları;
- Xarici bazarı və onun özəlliklərini yaxşı tanımalı;
- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları.
İş şəraiti:
- Azerbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: I-V gün 09:00-18:00, VI gün 09:00-14:00 (ayda 2 dəfə);
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir
- Bakı şəh.,Nəsimi rayonu.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Xarici satınalma üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.