Xalq Həyat Sığorta
Biznes analitik
Son tarix 01 iyn 2024 - [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Şirkət daxilində icra olunan proses və prosedurların qurulmasında iştirak edilməsi;
- Texniki tapşırıqların IT və digər əməkdaşlarla müzakirə edilməsi;
- Tələblərin izlənilməsi;
- Digər şöbələrin əməkdaşları üçün ilkin testlərin aparılması;
- Biznes tələblərinə görə hesabatların hazırlanması;
- Yeni funksionallığın test olunması;
- Funksional spesifikasiyanın yazılması və yaradılması;
- Biznes proseslərin idarəolunması və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələblərin formalaşdırılmasını təmin edilməsi;
- Layihələrin idarə edilməsinə dəstək;
- Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə və layihə üzrə hesabatların hazırlanması;
Tələblər:
- İnformasiya Texnologiyaları, İqtisadiyyat , Maliyyə , Menecment üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- İT analitik, Biznes analitik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
- BI alətlər (Power BI, QlikView və s.), SQL, PL/SQL üzrə biliklərin olması;
- Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək;
- Biznes və texnologiyanın tələblərini anlaya bilmək;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
- Layihələrin idarəedilməsi üzrə təcrübəyə malik olmaq;
- PMP sertifikatının olması arzuolunandır;
- Azərbaycan dilində səlis, rus və ingilis dillərindən hər hansı birini bilmək arzuolunandır.
Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Biznes analitik” qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Marketinq və məhsulların inkişafı şöbəsinin mütəxəssisi
Son tarix 01 iyn 2024 [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Bütün marketinq, reklam,stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması;
- Marketinq planlarının,layihələrinin işlənilməsi və həyata keçirilməsi ;
- Bazar araşdırmaları,marketinq təhlili prosesinin təşkili və müvafiq qərarvermə strukturlarının vaxtlı-vaxtında zəruri məlumatlarla təmin edilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması ;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi ;
Tələblər:
- Mütləq müvafiq sahədə ali təhsil (Marketinq, biznes, menecement, iqtisadiyyat)
- Marketinq sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi (Sığorta sahəsində iş təcrübəsinə malik olanlara üstünlük verilə bilər)
- Mükəmməl Azərbaycan dili, araşdırma səviyyəsində ingilis və rus dillərini bilmək
- Microsoft ofis proqramları ilə işləmək
- Kreativ və yeniliklərə açıq olan
Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Marketinq və məhsulların inkişafı şöbəsinin mütəxəssisi” qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Əməliyyat şöbəsinə stajçı/ kiçik mütəxəssis
Son tarix 01 iyn 2024 [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Cari sorğular üzrə müqavilələrin və digər sənədlərin hazırlanmasında və dəqiqliklə yoxlanılmasında iştirak;
- Sənədlərin və müqavilə nüsxələrinin arxivləşdirilməsi;
- Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;
- Şöbənin proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
- Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
- Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını (Əməliyyat və təkrarsığorta idarəsinin Əməliyyat şöbəsinə stajçı/ kiçik mütəxəssis) qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Maliyyə idarəsinin Mühasibatlıq şöbəsinə stajçı /kiçik mühasib
Son tarix 01 iyn 2024 [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Elektron Qaimə, Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması
- Bütün növ mühasibat əməliyyatlarının 1C 8.3 versiya mühasibatlıq proqramına daxil edilməsi;
- Sorğu və digər araşdırmaları təşkil etmək və aparmaq;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu təhsil almış namizədlərə üstünlük verilir);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində biliklər
- Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə və təhlil bacarığı;
Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını (Maliyyə idarəsinin Mühasibatlıq şöbəsinə stajçı/kiçik mühasib) qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə mərkəzi üzrə stajçı/kiçik mütəxəssis
Son tarix 01 iyn 2024 [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Şirkətə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönləndirmək.
- Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Microsoft Office proqram təminatı üzrə orta səviyyədə işləmək bacarığı;
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını (Əlaqə mərkəzi üzrə stajçı/kiçik mütəxəssis) qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Fərdi satış şöbəsinə kiçik mütəxəssis
Son tarix 01 iyn 2024 [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Yeni fərdi müştərilərin cəlb olunmasını təmin etmək;
- Könüllü məhsullar üzrə aktiv görüşlər keçirmək;
- Müqavilələrin hazırlanmasını təmin etmək və müştərilərə təqdim etmək;
- Fərdi satışların həcminin artırılmasını təmin etmək;
- Sığorta bazarı üzrə könüllü məhsulları izləmək və təhlilini aparmaq;
- Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək
Tələblər:
- Xanım namizəd
- Ali təhsil;
- Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
- Bank və ya sığorta sahəsində 1 il iş təcrübəsi (satış üzrə);
- Yaş həddi : 23-35
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır);
- Sürücülük vəsiqəsinin olması mütləqdir.
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Fərdi satış şöbəsinə kiçik mütəxəssis” qeyd edərək Cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.