Unibank
Biznesə dəstək üzrə Baş mütəxəssis / Ekspert (Xidmət keyfiyyətinə nəzarət)
Son tarix 30 avq 2024 - Müraciət et
Təsvir
- Strukturun fəaliyyəti ilə əlaqədar əməliyyat planı hazırlamaq, xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə standartları müyyən etmək və bu planın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirmək;
 - Xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə birbaşa müştəri ilə ünsiyətdə olan bank əməkdaşların düzgün kommunikasiya qaydalarına əməl etməsi üzrə monitorinq həyata keçirmək, standartlar üzrə qiymətləndirilməsini təmin etmək;
 - Bankda xidmət keyfiyyətilə bağlı aşkarlanan qüsur və çatışmazlıqların aradan qaldırılmasına dair təkliflər planı hazırlamaq;
 - Struktur üzrə iş prosesinin koordinasiyası və işin effektivliyinə nəzarəti həyata keçirmək;
 - Strukturun fəaliyyəti ilə əlaqədar marketing və networking üzrə dəstək olmaq;
 - Struktur üzrə məhsul və xidmətlərin optimizasiyasını həyata keçirmək;
 - Müvafiq hesabatların hazırlanmasını təmin etmək.
 
Tələblər
- Ali təhsil;
 - MS Office (xüsusilə Excel) proqramlarından sərbəst istifadə qabiliyyəti;
 - Azərbaycan dili, rus dili sərbəst, İngilis dili arzuolunandır;
 - Analitik düşüncə və operativ təhliletmə bacarığı;
 - Şifahi, yazılı ünsiyyət bacarığı;
 - Məsuliyyətlilik, nəticəyönümlülük və operativlik.
 
Korporativ kreditlər üzrə kiçik mütəxəssis (Bakı-Abşeron)
Son tarix 30 avq 2024 Müraciət et
Təsvir
- Korporativ müştərilərin cəlb edilməsi;
 - Daxil olmuş müraciət əsasında müştərinin biznesinin təhlilinin aparılması;
 - Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi;
 - Kredit portfelinin nəzarəti və idarə olunması.
 
Tələblər
- Ali təhsil(İqtisadiyyat-maliyyə sahəsi üzrə);
 - Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
 - Ünsiyyət qurma bacarığı və müştəri yönümlülük;
 - Azərbaycan dillində sərbəst danışıq bacarığı.
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







