PMD Projects LLC
Kommersiya üzrə rəhbər
Son tarix 19 apr 2024 - Müraciət et
Təsvir:
- Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması;
- Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili;
- Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (Value management);
- Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət;
- Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value Engineering);
- Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
- Müqavilələrin hazırlanması prosesinə imzaya qədər nəzarət və idarə etmək;
- Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
- Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
- İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
- Layihələrin maliyyə axınları hesabatlarının hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
- İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların rəhbərliyə təqdim edilməsi;
- Layihələrin Aralıq hesabatlarının hazırlanması (Interim Cost Reports);
- Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
- Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates);
- Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək;
- Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə müdirinə təqdim etmək.
Tələblər:
- Müvafiq ixtisas üzrə ali təhsil;
- Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 4 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili - yaxşı;
- Kompyuter bilikləri: MS Ofis proqramları, AutoCad;
- Komanda şəklində çalışmaq və əməkdaşlıq bacarıqları.