Vakansiya: Kredit, bazar və likvidlik risklərinin idarə olunması şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi
Vəzifə və Öhdəliklər:
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Maliyyə risklərinin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək;
- Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
- Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Biliklər:
- Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya MBA təhsili;
- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; SQL, Python və ya R proqramlarından istifadə bacarığı arzuolunandır);
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.
Təcrübə:
- Risklərin idarə olunması, maliyyə və ya audit üzrə minimum 1 il təcrübə (Bank sahəsi, Big4 şirkətləri və ya sığorta şirkətlərinin birində təcrübəsi olan namizədlərə üstünlük verilir);
Bacarıqlar:
- Təqdimat bacarıqları;
- Komandada işləmək bacarığı;
- Yaxşı ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
- Stressə davamlılıq;
- Təşəbbüskarlıq;
- Məqsədyönlülük;
- Emosional stabillik və məsuliyyətli olmaq;
- Böyük məlumat bazaları ilə işləmək bacarığı;
- Modelləşdirmə.
Son müraciət tarixi: 20 Noyabr 2022-ci il
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] emaiıl adresinə göndərə bilərsiniz.