Kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis
Son tarix 01 avq 2022
Öhdəliklər:
-
Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
-
Modellər üçün məlumatların əldə olunması və emal olunması;
-
Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
-
Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
-
Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
-
Modellər üzrə hesabatların hazırlanması.
Tələblər:
-
İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
-
Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
-
Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
-
İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Komandada işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis
Son tarix 01 avq 2022
Öhdəliklər:
-
Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
-
Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
-
Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
-
Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
-
Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
-
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
-
Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
-
Statistik modellərin hazırlanması.
Tələblər:
-
İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-
Yüksək ünsiyyətqurma qabiliyyəti;
-
Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
-
İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
-
Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
Son tarix 01 avq 2022
Öhdəliklər:
-
Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
-
Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
-
Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edir;
-
Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
-
Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
-
Rol matrislərin yaradılması və onlara edilən dəyişikliklərlə bağlı rəy vermək;
Tələblər:
-
Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili
-
Təcrübə: bank sektorunda ən azı 4 il , funksiya üzrə 2 il
-
Kompyuter biliyi: Microsoft Excel, Word, Outlook
-
Dil bilikləri: Azərbaycan, İngilis, (əlavə xarici dil bilikləri alqışlanır)
-
Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
ERM risklərinin idarə edilməsi şöbəsinin apaırcı mütəxəssisi
Son tarix 01 avq 2022
Öhdəliklər:
-
Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
-
Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
-
Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
-
Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
-
Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
-
Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
-
Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
-
Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
-
Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.
Tələblər:
-
İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-
Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 3-4 il iş təcrübəsi;
-
Yüksək ünsiyyətqurma qabiliyyəti;
-
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-
Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
-
Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.