GLOBAL EFC Telemarketinq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri:
- Elan tarixi: 23.05.2024
- Son tarix: 23.06.2024
- Şirkət: “Global EFC” MMC
- Ərazi: Bakı
- Maaş: 400 - 600 ₼
- Staj: 1 il
- Yaş: 21-35 yaş
- Təhsil: Natamam ali təhsil (bakalavr)
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
- E-mail:
Namizədə tələblər:
- Yaş: 21-35
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial korporativ müştərilərin işçiləri ilə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək ;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 18:00
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Əmək haqqı: 400-600 Azn
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] email ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketing şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
Əlaqə nömrəsi: (010) 212 21 55