ABŞ prezidenti Donald Trampın İrana zərbələri təxirə salması və Hörmüz boğazı üzrə ilkin razılıq əldə edilməsi barədə xəbərlərin fonunda neftin qiyməti yenidən kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin oktyabr müqaviləsinin dəyəri 5,06% azalaraq 1 barelə görə 83,48 dolları təşkil edib.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin sentyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 5,82% azalaraq 79,74 ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, son günlər regionda vəziyyətin gərginləşməsi fonunda Azərbaycan nefti də bahalaşaraq 101 dolları keçmişdi.












