ABŞ-ın elektron ticarət sahəsində sürətlə inkişaf edən şirkətlərindən biri «Stord»un sahibi, vaxtilə bu şirkəti qurmaq üçün təhsilini yarımçıq qoymalı olub.
«KapitalBank»ın əməkdaşları birləşib startap yaratdılar, 3 ölkədə işləyir – İLDƏ 12 MİLYON DOLLAR QAZANIR
Britaniyada «OneDome» startapını yaradan azərbaycanlı Londonda "İlin Sahibkarı" olub – HƏDƏF $17 MİLYARDDIR, YATIRIM TƏKLİFİNƏ AÇIĞIQ - MÜSAHİBƏ
FED.az xəbər verir ki, hazırda 3 milyard dollar bazar dəyəri olan «Stord» şirkəti elektron ticarətin lider olan «Amazon Prime»in rəqiblərindən birinə çevrilib. Onun «Amazon»dan əsas fərqi müstəqil brendlərə elektron ticarət etməyə kaömək etməkdir.
Şirkətin qurucusu Şon Qenri elektron ticarətlə uşaq vaxtından məşğul olub - artıq 2003-cü ildən, yəni 8 yaşında o «eBay»da satışlara başlayıb.
Burada o öz yeni il hədiyyələrini satırdı, onlar bitəndən sonra isə qonşuların istifadə etmədiyi köhnə əşyaları, köhnə telefon və kompüterləri alıb onları satmağa başladı. Sonradan Henri «Amazon»da da satışlara başladı.
Böyüdükdən sonra Şon Henri Corgiya Texnoloji institutuna qəbul olunur və burada 18 yaşında gələcək biznesiin qurur. Bu təhsil müəssisəsi startaplara yaxın idi, ona görə də Henri burada uğurlu startap ideyalarını izləyə, investisiyaları necə cəlb etməyin üsullarını öyrənə bilir.
Henri əvvəlcə «Stord LLC»yə 5 000-10 000 dollar yatırır. Amma bu pul anbar açmaq üçün kifayət etmirdi. Onun anbar sahiblərinə böyük gəlir vəd etməsi də heç nəyi dəyişmədi, onlar «Amazon» kimi nəhəngin yanında belə kiçik startapın böyük gəlirlə işləməsinə sadəcə inanmırdılar.
Bir neçə belə cavabdan sonra Henri vəziyyəti tam nəzarətə götürmək üçün kolleci atmağı, 19 yaşında tamamilə biznesə fokuslanmağı qərara alır.
Onun yaratdığı «Stord» şirkətinin ideyasının mərkəzində hamının onlayn satışa əlçatan olması dayanır.
Qeyd edək ki, «Stord» şirkəti təxminən «Amazon» kimi çalışır, yəni hansısa istehsalçı öz məhsulu satmaq istəyirsə, «Stord» şirkəti ona məhsulun saxlamaq üçün anbar təqdim edir, sifariş verilən məhsulu qablaşdırır, sifarişi müştəriyə çatdırır. Məlumat üçün bildirək ki, eyni işi «Amazon» da yerinə yetirir, amma bir şərtlə – məhsul «Amazon»da satılmalıdır. «Stord» şirkətində isə belə qayda yoxdur, məhsul sahibi onu istənilən yerdi satsa da, şirkətdən həmin xidmətləri alır.
Digər tərəfdən, dünyanın hər yerində milyard dollarlarla vəsait xərcləyib anbar tikən «Amazon»dan fərqli olaraq «Stord» şirkəti anbar tikmir və dünyanın müxtəlif yerlərində mövcud anbarlarla əməkdaşlıq edir. Buna görə də onunla hamı əməkdaşlıq edə bilir.
Hazırda ABŞ-dakı ev təsərrüfatlarının təxminən 20%-i «Stord» vasitəsilə mal alır. Proqnozlara görə, artıq 2026-cı ildə şirkət 1 milyard dollarlıq gəlirə çıxacaq.
Bir qədər əvvəl Stord şirkəti 250 milyon dollar vəsait cəlb edib və nəticədə şirkətin bazar dəyəri 3 milyard dollara yüksəlib.
Hazırda «Stord» şirkəti öz anbarlarında olan 15 milyard dollarlıq məhsulu idarə edir.
Şirkət öz çatdırma sürəti və qiymətinə görə «Amazon»a yaxınlaşır. Belə ki, hazırda adi şirkətlər alınmış malı öz sahibinə 4-7 gün ərzində təxminən 12-15 dollara çatdırırlar. «Amazon» isə malları 1-1,5 günə 4-5 dollara çatdırır.
«Stord»da isə bu göstəri 2-3 gün və 5-6 dollardır, yəni şirkət tədricən sürətini artırmaqda və çatdırma xərcini azaltmaqdadır. Şon Henri ümid edir ki, süni intellektdən istifadə bu hədəfə çatmağa imkan verəcək.














