Baku Holiday Travel
Tur üzrə Satış Meneceri
Son tarix 03 sen 2026 - [email protected]
Baku Holiday Travel komandası nəticələri ilə danışan Tur üzrə Satış Meneceri vakansiyası elan edir.
Sizdən - satış. Bizdən - hazır müştəri sorğuları, tam marketinq dəstəyi və nəticəyə bağlı komissiya.
Sizi nə gözləyir
- Hazır lead axını - daxil olan sorğuları satışa çevirirsiniz
- Tam marketinq və call center dəstəyi - müştəri cəlbi şirkətin üzərindədir
- Dünya üzrə destinasiya portfeli - satış coğrafiyanız məhdud deyil
- Sabit əmək haqqı 1600 AZN + satışdan komissiya - yuxarı hədd öz satış nəticənizdən asılıdır
- Beynəlxalq turizm sahəsində real karyera inkişafı
Vəzifə öhdəlikləri
- Daxil olan sorğuları operativ cavablandırmaq, müştərinin ehtiyacını düzgün müəyyən edərək uyğun tur paketini satmaq
- Fərdi və qrup turlarını hazırlamaq və satışını tamamlamaq
- Aylıq satış hədəflərini icra etmək
- Otel, aviabilet, transfer və sığorta rezervasiyalarını həyata keçirmək
- Müştərilərə səyahət qaydaları və tur proqramları barədə məlumat vermək
- Partnyor otellər, tur operatorları və aviaşirkətlərlə koordinasiyalı işləmək
- Tur zamanı yaranan məsələləri operativ həll etmək
- Satışları 1C proqramında qeydə almaq, həftəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək
Namizədə tələblər
- Ali təhsil (turizm və ya menecment ixtisası üstünlükdür)
- Turizm satışında minimum 3 il təcrübə və konkret satış nəticələri
- Şəxsi satış portfeli və ya korporativ müştəri bazası
- Tur operatorlarının B2B rezervasiya sistemləri və otel bron platformaları (bedbank) ilə iş təcrübəsi
- Populyar turizm destinasiyaları üzrə geniş bilik
- Azərbaycan dilində sərbəst yazı və danışıq; rus və ingilis dillərində minimum B2 səviyyə
- Aylıq satış hədəfi ilə işləmək və nəticələr üzrə hesabatlılıq təcrübəsi
Üstünlükdür
- Minimum 5 fam trip, workshop, travel expo və beynəlxalq turizm tədbirlərində iştirak təcrübəsi
- Geniş coğrafiyanı əhatə edən şəxsi səyahət təcrübəsi
- Amadeus, Galileo kimi GDS sistemləri ilə tanışlıq
İş şəraiti
- Növbəli qrafik: bir həftə 5 günlük, növbəti həftə 6 günlük iş rejimi
- İş saatları: 09:00–18:00 və ya 10:00–19:00
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tur üzrə Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














