Bu ilin iyun ayında xaricə səfər edən vətəndaşların sığortası üzrə yığılan sığorta haqqlarının həcmi 1 milyon 102 min manat olub.
FED.az biznes və maliyyə xəbələri portalı xəbər verir ki, bu, ötən ilin iyun ayı ilə müqayisədə 626 min manat və ya 2,3 dəfə çoxdur.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında xaricə səfər edən vətəndaşların sığortası üzrə yığılan sığorta haqqlarının həcmi 476 min manat olmuşdu.
Qeyd edək ki, bu ilin may ayının 26-dan etibarən Bakı-Tiflis-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunub. 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən xarici vətəndaşlardan səyahət sığortası tələb olunur. Azərbaycandan bu ölkəyə səyahət edənlərin sayının artması da sığorta yığımlarının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.












