Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son 12 ayda eyni müxtəlif aktivlərə yatıran investorların gəlirləri böyük fərqlər yaranıb. Bəzi aktivlər investorlara 10%-dən az pul gətirib, bəzil sahələrdə isə məbləğ az qala iki dəfə artıb – hərçənd ki, belə sahələr azdır.
2025-ci ilin ən maraqlı nəticəsi – daşınmaz əmlak gəlir baxımından ən aşağ həddədir. Ondan fərqli olaraq qızıl – son onilliklərin ən güclü artımını yaşayıb, eyni zamanda süni intellekt bumu texnologiya və yarımkeçirici şirkətlərinin səhmlərini yüksəldib. Ukrayna və İrandakı müharibələr isə artıq unudulmaqda olan silah səneyesini dirçəldib – anbarlarda toz basmış silah sursut sərf ediləndən sonra dünyada silahlara tələbatın böyük olduğu üzə çıxıb – bu da dərhal gəgirlərə təsir etməyə başlayıb.
Beləliklə, son bir ildə (2025-ci il nəzərdə tutulur – FED.az) 10 min dollar olsaydı, onu hara yatırmaq daha sərfəli olardı?
Qızıl: «İqtisadiyyatda qarışıqlıq varsa, qızıl alın» məsləhəti işə düşüb
Uzun illər ərzində qızıl əsasən böhran dövrünün aktivlərindən hesab edilirdi. Lakin son bir ildə mərkəzi bankların böyük həcmdə alışları, geosiyasi risklər və investorların təhlükəsiz aktivlərə yönəlməsi nəticəsində qızıl ən yüksək gəlir gətirən investisiyalardan birinə çevrilib.
2025-ci ildə qızılın qiyməti təxminən 64% artıb. Bu o deməkdir ki, qızıla yatırılan 10 min dollarlıq investisiya ilin sonunda təxminən 16 400 dollara yüksəlib.
Gümüş: Ən böyük gəlir gətirən aktiv
Əksər investorların diqqəti qızıla yönəldiyindən əksər sahədə – gümüşdəki artımı görməyib və ya qiymətləndirməyiblər. Gümüş 2025-ci ili yüksək artım və gəlirliliklə baş vurub. Həm sənayedə istifadəsi, həm də qiymətli metal kimi artan tələbat nəticəsində gümüşün qiyməti bir il ərzində təxminən 146% - 2,4 dəfə yüksəlib.
Yəni 2025-ci ilin əvvəlində gümüşə yatırılan 10 min dollar ilin sonunda 24 600 dollar olub – olduqca yaxşı göstəricidir.
Süni intellekt: ChatGPT həm də yaxşı gəlir gətirir
2025-ci il dünyada süni intellkektin sadəcə maraqlı hadisə deyil, həm də birjalarda gəlir gətirən bir sahə olması ilə yadda qaldı. Süni intellekt iqtisadiyyatı 2025-ci ildə artıq minlərlə insanı milyonçu edib. Eyni zamanda bütün iqtisadi sektorları dəyişdirən amilə çevrilib. «Microsoft», «Nvidia», «AMD», «Broadcom», «Alphabet» və məlumat mərkəzləri ilə əlaqəli şirkətlər investorların əsas diqqət mərkəzində olub.
Məsələ təkcə Aİ istehsal edən şirkətlərin səhmlərində deyil, süni intellktlə əlaqəli bütün sahələr – məlumatların saxlandığı DATA mərkəzləri, Aİ sənayesinin əsas detalı olan yarımkeçiricilər, soyuducu və enerji mənbələri kimi detallar da pul gətirməyə başlayıb. Analitiklər hesab edirlər ki, son illərin bazar artımının böyük hissəsinin arxasında məhz AI dayanır, bu isə böyük gəlir deməkdir.
Nasdaq birjası və böyük texnologiya şirkətləri
Süni intellkt bumu istər-istəməz bütün texnologiya şirkətlərinə təsirini göstərib. İndi texnologiyalar süni intellekt sayəsində daha çox problemləri həll etməyə başlayıb – bu isə gəlir və mənfəət deməkdir. Nəticədə texnoloji şirkətlərin toplandığı «Nasdaq» birjasının «Nasdaq 100» indeksi böyük yüksək gəlir göstərərək təxminən 21% artıb.
«Dünya dağılsa da», ABŞ fond bazarı yerindədir və pul qazandırır
Dünyadakı bütün dəyişikliklər, qızılın qiyiətinin artması, süni intellkət bumu, İran mharibəsi və sair – bütün bunlar ABŞ iqtisadiyyatının əsas indikatoru – bir çox investorların əsas göstərici hesab etdiyi S&P 500 indeksinə təsir etmir, o həmişə gəlir gətir. Məşhur indeks 2025-ci ili təxminən 18% gəlirlə başa vurub. Bu o deməkdir ki, bu indeks fonduna yatırılmış 10 min dollar 2025-ci ilin sonunda təxminən 11 800 dollara çevrilib.
Yarımkeçiricilər: AI inqilabının əsas qazananları
Fiziki dərslərindən dumanlı xatırladığımız yaımkeçiriciləri indi dünyada fizikadan xəbərsiz olanlar da göz qırpmadan izləyirlər. Süni intellekt üçün çiplərin əsasında yarımkeçiricilər dayanır. Onlarsız süni intellekt sadəcə mövcud ola bilməz. Yarımkeçiricilər smartfonların və çoxsaylı elektron cihazların da əsas hissəsidir. Onlara tələbatın sürətlə artması «Micron», «AMD», «Western Digital», «Seagate» və digər yarımkeçirici şirkətlərinin səhmlərinin kəskin artmasına səbəb olub. Son 12 ayın ən yüksək gəlir gətirən səhmlərinin böyük hissəsi məhz bu sektordan çıxıb. Bu gəlirlər 10 min dollarlıq yatırımı 1 il ərzində 14200 dollara artırıb – 42% artım.
Müdafiə sənayesi: Şimali Koyeranın silah anbarları investorları "yuxudan ayıltdı"
Rusiya-Ukrayna müharibəsinin ortasında raketərin başa çatdığı və tərəflər anbarlarda az qala 40 il əvvəlki top mərmilərini axtaranda dünya investorları başa düşdülər ki, pul yatırmaq üçün yeni sahə yaranıb. İş o yerə çatdı ki, Rusiya birbaşa, Ukrayna isə dolayı yolla – Avropa ölkələrinin vasitəsilə Şimali Koreyanın anbarlarında bundan sonra heç kimə lazım olmayacağı güman edilən mərmiləri almağa başladı.
Dünyada artan geosiyasi risklər müdafiə sənayesi şirkətlərinə investor marağını artırıb. 2025-ci ildə ABŞ müdafiə şirkətləri orta hesabla 36%, Avropadakı müdafiə şirkətləri isə təxminən 55% gəlir gətirib. 10 min dolların 15500 dollara çevrilməsi belə baş verib.
Yeri gəlmişkən, bu vəziyyət indi də davm edir. Martda başlayan və hələ bitməyən İran müharibəsi də silaha və sursata tələbatı artırıb, silah şirkətləri bundan sonra azı 2 il yüksək gəlir götürəcəklər.
Laboratoriyada başlayıb aptekdə bitən dövriyyə - Əczaçılıq sektoru qazandırır
Xərçəng dərmanı, dieta, yoxsa yuxu gətiricilər? Dünyada müharib və puldan da vacib sahə var – sağlamlıq. Bu da təbii ki, son nəticədə pulla ölçülür. Əczaçılıq və səhiyyə artıq illərdir ki, sabit gəlir gətirən sahələr kimi tanınır. Texnologiya qədər sürətli artmasa da, 2025-0ci ildə səhiyyə sektoru da sabit gəlir təqdim edib. ABŞ səhiyyə sektoru il ərzində təxminən 14,6% yüksələrək investorlara inflyasiyanı üstələyən gəlir qazandırıb. Ayrıca olaraq biotexnologiya sektoru isə son bir ildə təxminən 28% gəlir gətirib.
Neft öldü, amma enerji sektoru çökmədi
Günəş və külək stansiyalarının artmsası səbəbindən neftə tələbat azalsa da, Süni intellekt enerji sektorunda yeni canlanma yaradıb. Dünyanın hər yerində sürtlə tikilən Data mərkəzləri işlətmək üçün böyük enerji mənbələri lazımdır – nəticədə yüksək pul axını, dividendlər və AI səbəbindən artan elektrik tələbatı fonunda enerji sektoru investorların diqqətini yenidən cəlb edib. Baxmayaraq ki, sektorun ümumi gəliri texnologiya və qiymətli metallardan aşağı qalıb.
Daşınmaz əmlak: etibarlı, amma hələlik gəlirsiz sahə
Bir vaxtlar investorların ən sevimli aktivlərindən olan daşınmaz əmlak son dövrdə yüksək faiz dərəcələrinin təsiri altında daha zəif nəticə göstərib. İnvestorların diqqəti qızıla, silah-sursata və süni intellektə yönəldiyinə görə, ABŞ daşınmaz əmlak sektorunun gəlirləri texnologiya və qiymətli metallarla müqayisədə xeyli aşağı olub. Son bir ildə REIT indeksləri cəmi 3,1% gəlir gətirib. Bu isə 10 min dolların cəmi 10,3 min dollara yüksəlməsi deməkdir.
Bitcoin isə çökməkdədir
Son illərin ən populyar aktivlərindən biri olan Bitcoin isə 2025-ci ildə mənfi gəlir göstərərək təxminən 6% dəyər itirib. Beləliklə, 2025-ci ilin əvvəlində bitkoinə yatırılan 10 min dollar ilin sonunda 9,4 min dollara qədər azalıb. Bu, kriptovalyutaların yüksək gəlir potensialı ilə yanaşı, yüksək risk daşıdığını bir daha göstərir.
Aşağıda 2025-ci ildə faktiki gəlirləri əsasında 10 min dollarlıq investisiyanın müxtəlif sahələr üzrə gəlirliyi göstərilib.
|
Aktiv və ya sektor |
Son 12 ay gəliri |
10 000 dolların bugünkü dəyəri |
|
Gümüş |
+145,9% |
24 590 dollar |
|
Qızıl |
+64,3% |
16 430 dollar |
|
Müdafiə sənayesi |
+42,5% |
14 250 dollar |
|
Yarımkeçiricilər |
+42,5% |
14 250 dollar |
|
Biotexnologiya |
+27,9% |
12 790 dollar |
|
AI və böyük texnologiya şirkətləri (Nasdaq-100) |
+21,2% |
12 120 dollar |
|
ABŞ geniş bazarı (S&P 500) |
+17,9% |
11 790 dollar |
|
Dövlət və korporativ istiqrazlar |
+7,1% |
10 710 dollar |
|
Daşınmaz əmlak (REIT) |
+3,1% |
10 310 dollar |
|
Bitcoin |
-6,2% |
9 380 dollar |















