Xankəndidə 6 ay əvvəl açılan milyonluq hotel – NİZAMNAMƏ KAPİTALINI AZALDIR
“Ajamiz Hotel” MMC (VÖEN: 8800034581) nizamnamə kapitlını azaldır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalını nə qədər azaltması açıqlanmayıb.
Məlumata görə, kreditorlar cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, habelə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər və bu barədə tələblərini bir ay ərzində Xankəndi şəhəri ünvanına bildirə bilərlər.
Qeyd edək ki, hotel bu ilin fevral ayının 16-sı dövlət yaradılıb. Qanuni təmsilçisi Əliyeva Nigar Akif qızı, nizamnamə kapitalı 2 milyon manatdır.













