Türkiyə hökuməti İstanbulda güzəştli qiymətlərlə kirayə mənzil layihəsinə başlayır.
FED.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.
"Sentyabr ayında evlərimizi kirayəyə verməyə başlayacağıq. Ərizələri toplayacaq və notariusun iştirakı ilə lotereya sistemi vasitəsilə qanuni sahiblərini müəyyən edəcəyik"-deyə bildirib.
Haliç Konqres Mərkəzində təşkil edilən Vilayət Məşvərət Şurasının iclasında çıxış edən prezident Ərdoğan bilirib ki, layihənin ilk addımı olaraq 15 000 mənzil ucuz qiymətə kirayəyə veriləcək: «İstanbulda ilk dəfə olaraq kirayə sosial mənzil proqramını başladırıq, TOKİ (Türkiyə Mənzil İnkişaf İdarəsi) vasitəsilə kirayə sistemi qururuq. Layihənin ilk addımını 15 000 kirayə sosial mənzil vahidi ilə atacağıq».
Ümumilikdə "Ev Sahibi Türkiyə" layihəsi çərçivəsində İstanbulda 100 000 sosial mənzilin güzəştli şərtlərlə kirayəyə verilməsi nəzərdə tutulub.
«İstanbulda 15.000 kirayə sosial mənzil vahidi ilə kirayə sosial mənzil proqramımızın ilk addımını atırıq və "Allahın adı ilə" deyirik. Sentyabr ayında bu mənzilləri kirayəyə verməyə başlayacağıq. Ərizələri toplayacaq və notariusun iştirakı ilə lotereya sistemi vasitəsilə ədalətli və şəffaf şəkildə qanuni sahiblərini müəyyən edəcəyik».
Layihə çərivəsində evlər bazar qiymətindən aşağı qiymətə kirayəyə veriləcək: «Bu mənzillər müvafiq ərazilərdə bazar qiymətindən aşağı qiymətə kirayəyə veriləcək. Kirayə müqavilələrimiz üç il müddətinə bağlanacaq. Üç ildən sonra bu evlər lotereya yolu ilə müəyyən edilmiş yeni ehtiyacı olan şəxslərə veriləcək. Bu şəkildə, bu dövriyyə vasitəsilə on minlərlə aztəminatlı ailəyə təmiz hava nəfəsi verəcəyik. Bütün İstanbul vətəndaşlarına bu layihədə uğurlar arzulayıram».














