Bu ilin ilk yarısında “Qala Həyat” Sığorta Şirkəti ASC-nin gəlirləri 14,6 milyon manat olub.
“Qala Sığorta” üçün kritik dövr: Mənfəəti ikiqat azaldı – ŞİRKƏT KİÇİLİB - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon manat və ya 8,4% artıb. Belə ki, 2025-ci ilin ilk yarısında şirkətin gəlirləri 13,4 milyon manat idi.
Gəlirlərin 93,5%-ini və ya 13,6 milyon manatını əsas əməliyyat gəlirləri tutub. Bu gəlirlər də, illik müqayisədə 321,2 min manat, yaxud da 2,3% artıb.
Bundan başqa, bu ilin ilk yarısında şirkət investisiyalardan 1,5 milyon manat, digər gəlirlərdən 1,9 min manat qazanıb. Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkəti 505,8 min manat zərərə salıb.
Hesabat dövründə şirkətin cəmi xərcləri 8,4 milyon manat olmaqla, illik müqayisədə 726,9 min manat və ya 9,5% artım göstərib.
Əsas əməliyyat xərcləri 440,5 min manat (21,7%) artaraq 2,5 milyon manata, işlərin aparılması xərcləri 290,1 min manat (5,2%) artaraq 5,9 milyon manat yüksəlib. Digər xərclər 10,3 min manat təşkil edib.
Şirkətin maliyyə mənfəəti 6,2 milyon manat, mənfəət verigisi xərci 1,2 milyon manat təşkil edib. Yekunda sığorta şirkəti bu ilin ilk yarısını 4 milyon 972 min manat xalis mənfəətlə başa vurub ki, bu da, ötən ilin ilk yarısındakı 4 milyon 647 min manatlıq mənfəətdən 325 min manat və ya 7% daha çoxdur.
Bu ilin birinci yarısının sonunda “Qala Həyat” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri 55,1 milyon manat təşkil edib. Bu, ötən ilin sonuna nəzərən 947 min manat və ya 1,7% daha azdır. Şirkətin invesiyaları son altı ayda 7,4 milyon manat azalaraq 30,1 milyon manata düşüb. Əvəzində isə pul vəsaitləri və onların ekvivalentlərinin həcmi 6,1 milyon manat artaraq 15,5 milyon manata yüksəlib.
Hesabat dövrünün sonunda şirkətin öhdəliklərinin həcmi 24,5 milyon manat olub. Bu, ötən ilin sonuna nəzərən 183 min manat (0,8%) daha çoxdur. Öhdəliklərin 18,7 milyon manatı sğorta öhdəliklərinin, 5,5 milyon manatı kreditor borclarının, 52,1 min manatı digər öhdəliklərin payına düşür.
Nəticə olaraq, bu ilin iyun ayının sonunda “Qala Həyat” Sığorta Şirkəti ASC-nin cəmi kapitalı 30,6 milyon manata bərabər olub. Şirkətin kapitalı öətn ilin sonundan bəri 1,1 milyon manat və ya 3,6% azalıb. Belə ki, ötən ilin sonunda bu rəqəm 31,8 milyon manata bərabər idi. Kapitalın 13 milyon manatı nizmanamə kapitalının, 2,5 milyon manatı kapital ehtiyatlarının, 15,1 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşür.











![“Qala Həyat” Sığorta Şirkətinin akviləri kiçilir – [red]ŞİRKƏTİN KAPİTALI ƏRİYİR - HESABAT[/red] | FED.az](/upload/news/small/2078917.png)
![“Qala Həyat” Sığorta Şirkətinin akviləri kiçilir – [red]ŞİRKƏTİN KAPİTALI ƏRİYİR - HESABAT[/red] | FED.az](/upload/news/small/89341.jpeg)
![“Qala Həyat” Sığorta Şirkətinin akviləri kiçilir – [red]ŞİRKƏTİN KAPİTALI ƏRİYİR - HESABAT[/red] | FED.az](/upload/news/small/3917795.jpeg)
![“Qala Həyat” Sığorta Şirkətinin akviləri kiçilir – [red]ŞİRKƏTİN KAPİTALI ƏRİYİR - HESABAT[/red] | FED.az](/upload/news/small/4659907.jpeg)
![“Qala Həyat” Sığorta Şirkətinin akviləri kiçilir – [red]ŞİRKƏTİN KAPİTALI ƏRİYİR - HESABAT[/red] | FED.az](/upload/news/small/626003.jpeg)









