Veysəloğlu Əmlak MMC
Biznes və Maliyyə Analitiki
Son tarix 03 sen 2026 [email protected]
Veysəloğlu Əmlak MMC şirkəti Biznes və Maliyyə Analitiki vakansiyasını açıq elan edir.
Namizədə tələblər
- Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil.
- IFRS üzrə yaxşı nəzəri və praktiki biliklər.
- ACCA sertifikatlarının olması və ya ACCA proqramında aktiv təhsil alması üstünlükdür.
- Güclü akademik baza və analitik düşüncə qabiliyyəti.
- Maliyyə sahəsində minimum 1–1,5 il iş təcrübəsi.
- İş təcrübəsinin ən azı beynəlxalq və ya yerli auditdən mütəmadi keçən (audit olunan) şirkətlərdə əldə olunması.
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə ilkin praktiki təcrübə.
- Excel proqramını yüksək səviyyədə bilməsi (Pivot Table, XLOOKUP/INDEX-MATCH, Power Query və s. üstünlükdür).
- Məsuliyyətli, detallara diqqətli və öyrənməyə açıq olması.
Vəzifə öhdəlikləri
- Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.
- Layihələr üzrə büdcələrin, forecast-ların və faktiki nəticələrin təhlilini aparmaq.
- Layihə rentabelliyi, xərc strukturu və maliyyə göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq.
- IFRS tələblərinə uyğun uçotun qurulması və tətbiqi prosesində iştirak etmək.
- Yeni mühasibat uçotu siyasətlərinin və prosedurlarının hazırlanmasına dəstək vermək.
- ERP sisteminin maliyyə modulunun qurulması və biznes proseslərinin xəritələndirilməsi layihələrində iştirak etmək.
- Maliyyə məlumatlarının düzgünlüyünü və tamlığını təmin etmək üçün nəzarət prosedurlarını dəstəkləmək.
- Müqavilələr, investisiya layihələri və digər biznes təşəbbüsləri üzrə maliyyə təhlilləri hazırlamaq.
- NPV, IRR, Payback Period və digər investisiya göstəricilərinin hesablanmasında iştirak etmək.
- Büdcə, xərc nəzarəti və pul vəsaitlərinin planlaşdırılması proseslərinə dəstək vermək.
- Daxili və xarici audit prosesləri üçün tələb olunan məlumat və hesabatları hazırlamaq.
- Maliyyə məlumatlarının avtomatlaşdırılması və analitik hesabatlılığın təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək.
- Rəhbərlik üçün operativ və strateji qərarların qəbulunu dəstəkləyən təqdimatlar və analitik materiallar hazırlamaq.
- CFO tərəfindən verilən digər maliyyə, analitika və transformasiya layihələrini icra etmək.
İş Şərtləri
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Razılaşma əsasında
- Beynəlxalq Sertifikatların alınmasında tam maddı dəstək
- İş rejimi: 5 gün (Həftəiçi)
- Nahar: Təmin edilir
- Servis xidməti Mövcuddur
Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Biznes və Maliyyə Analitiki” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














