Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti (VÖEN: 0201702401) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində xüsusi geyim formalarının alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 19 min 852 manatdır.
Tenderdə iştirak haqqı 40 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Hüseyn Kazımov - Baç məsləhətçi- mühasib və satınalmalar üzrə / [email protected] / +994 60 550 40 30













