Express Bank
Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis (SME kreditləri) (Qusar filialı)
Son tarix 03 sen 2026 - Müraciət et
Təsvir
- Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsinin təmin edilməsi;
- Müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi;
- Mövcud müştəri portfelinin idarə edilməsi və bank məhsullarının satışı;
- Müştəriləri sorğularının lazımi struktur orqanlarla koordinasiya edilməsi, əməkdaşlıq və müraciət zamanı prosesin təqib edilməsi, yarana biləcək problemlərin həll olunması;
- Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;
- KOS Bankçılıq (kreditlərin təhlili və satışı) sahəsində minimum 6 ay iş təcrübəsi;
- Satış və müştəri bazası ilə işləmək bacarığı;
- Təhlil etmə bacarığı;
- Yüksək ünsiyyət, komandada işləmək bacarığı;
- Problem həll etmə bacarığı;
- Məsuliyyət və dəqiqlik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Mikro kredit əməliyyatları üzrə kiçik mütəxəssis (Lənkəran filialı üzrə)
Son tarix 03 sen 2026 Müraciət et
Təsvir
- Müsbət qərar verilmiş müraciətlər üzrə mikro kreditlərin rəsmiləşdirməsi üçün təqdim olunan sənədlərin yoxlanması və kredit müqavilələrin hazırlanması;
- Fərdi sahibkarlara cari hesabların açılması;
- Kredit məlumatlarının bank informasiya sistemində əks etdirilməsi;
- Mikro kredit müqavilələrin müvafiq nəzarət qurumu tərəfindən yoxlanmasının təmin edilməsi;
- Kredit üzrə müqavilələrin müştəri və zaminlər tərəfindən imzalanmasının icrası;
- Kredit sənədləri toplusunun dövriyyəsinə nəzarət.
Tələblər
- Ali təhsil;
- Komandada işləmək bacarığı;
- Microsoft Office proqramlarını bilmək;
- Kredit və əməliyyat istiqamətində iş təcrübəsi arzuolunandır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














