Emsa Baku
Mühasib Köməkçisi
Son tarix 04 noy 2023 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
- Mühasibatlıq sahəsində 1 ildən artıq iş təcrübəsi
- Excel (mütləq) və Mikro (üstünlük) proqramında işləmə bacarığı
- Yaş həddi: 23-40
- Komandada işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq
- Vergi Məcəlləsini bilməli
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- DSMF, Statistika ilə bağlı hesabatların verilməsi.
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- E-qaimələrin yazılması.
- Müqavilələrin hazırlanması
- Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.
İş barədə məlumat:
- Əmək Haqqı: 600 AZN
- İş Qrafiki: 6 günlük iş həftəsi
- Iş rejimi: 09:00 – 18:00 (B.e-C.a) ; 10:00- 13:00 (şənbə)
- İstirahət günü: Bazar günləri
Unvan: Ağa Neymətulla 224, Akkord Plaza
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühasib köməkçisi” göstərməyiniz xahiş olunur.