Camal LTD
Baş Mexanik
Son tarix 10 dek 2026 - [email protected]
CAMAL LTD şirkəti dondurma istehsalı zavodunda mexaniki avadanlıqların fasiləsiz və səmərəli fəaliyyətini təmin etmək üçün təcrübəli Baş Mexanik axtarır.
Vəzifə öhdəlikləri
- Dondurma istehsalı zavodunda istifadə olunan mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz istismarını təmin etmək;
- Dondurma istehsalı, qarışdırma, homogenizasiya, pasterizasiya, dondurma və qablaşdırma xətlərinin mexaniki vəziyyətinə nəzarət etmək;
- Soyutma və dondurma sistemlərinin, kompressorların, nasosların, reduktorların və digər mexaniki avadanlıqların texniki vəziyyətini izləmək;
- İstehsalat avadanlıqlarının planlı texniki baxış, profilaktik xidmət və təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;
- Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək, operativ müdaxilə etmək və istehsalatda dayanma hallarını minimuma endirmək;
- İstehsalat avadanlıqlarının texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
- Ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirmək, onların uçotunu və səmərəli istifadəsini təmin etmək;
- Mexaniki avadanlıqların istismar müddətinin artırılması və təmir xərclərinin optimallaşdırılması istiqamətində tədbirlər görmək;
- İstehsalat avadanlıqlarının təmizlənməsi və yuyulması proseslərində istifadə olunan mexaniki sistemlərin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Texniki sənədləşməni, təmir hesabatlarını və avadanlıqların texniki xidmət tarixçəsini aparmaq;
Namizədə tələblər
- Mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
- Müvafiq sahədə 7–10 il iş təcrübəsi;
- Qida istehsalı müəssisəsində, xüsusilə dondurma və ya süd məhsulları istehsalı sahəsində təcrübə üstünlükdür;
- İstehsalat xətləri, soyutma sistemləri, kompressorlar, nasoslar və digər mexaniki avadanlıqlar üzrə biliklər;
- Avadanlıqların texniki xidmət və təmir proseslərinin təşkili üzrə təcrübə;
- AutoCAD proqramı üzrə biliklər və texniki sxemlərlə işləmək bacarığı mütləqdir;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- Analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək bacarığı.
İş şəraiti
- Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4/21D, döngə
- İş rejimi: 6 günlük iş həftəsi, tam iş günü
- Mobil nömrə ilə təminat
- Nahar şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı - 3 500 AZN (razılaşma yolu ilə).
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində “Baş Mexanik” qeyd edilməlidir.
Rekruter
Son tarix 10 dek 2026 - - [email protected]
Vəzifə öhdəlikləri;
- Namizəd axtarışı və müsahibələrin keçirilməsi;
- İş elanlarının hazırlanması və paylaşılmasına dəstək;
- Aktiv namizəd axtarışı (platformalar, tövsiyələr, sosial media);
- İlkin CV seçimi və müsahibəyə çağırılacaq namizədlərin müəyyənləşdirilməsi;
- İlkin müsahibələrin keçirilməsi və nəticələrin sənədləşdirilməsi.
Müsahibələrin planlaşdırılması və koordinasiya
- Struktur rəhbərləri ilə müsahibələrin təşkil olunması;
- Namizədlərə təsdiqlərin göndərilməsi;
- Namizədlərlə yazışmaların və zənglərin təşkili;
Proseslərin və layihələrin idarə olunması
- Mövsümi və kütləvi işə qəbul layihələrinin təşkili və icrasında iştirak;
- Təcrübə proqramları və Karyera sərgilərində iştirak;
- Sınaq müddətlərinin izlənilməsi və Təlimlərin təşkili;
- Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərini planlaşdırılmaq, təşkil etmək, həyata keçirmək;
- Yeni əməkdaşların sınaq müddəti ərzində fəaliyyətinin izlənilməsi, struktur rəhbərləri ilə koordinasiyada qiymətləndirmə rəylərinin toplanmaq və təhlil etmək;
- Sınaq müddətinin nəticələrinə əsasən əməkdaşın işə davamı, sınaq müddətinin uzadılması və ya əmək münasibətlərinin davam etdirilməməsi ilə bağlı prosesin tamamlamaq;
Tələblər;
- Ali Təhsil
- İş təcrübəsi: müvafiq vəzifədə 5 ildən yuxarı
- Yaş həddi: 30-45
- Müsahibə texnikaları və metodları üzrə praktiki biliklər
- MS Office proqramları (Word, Excel) üzrə baza bilikləri
- İnkişafa yönümlü, Komandada və dinamik iş mühitdə işləmə bacarığı
- Effektiv ünsiyyət, Təhliletmə və Vaxtı düzgün idarəetmə bacarığı
- Planlama və Prioritetləri müəyyənləşdirmə bacarığı
Şəxsi keyfiyyətlər
- Stressə davamlılıq;
- Məsuliyyətlilik və dəqiqlik;
- Analitik düşüncə;
İş şəraiti;
- İş qrafiki: 6 günlük
- Əmək Haqqı: Namizədin təcrübəsi və bilik bacarığına uyğun (1800 AZN)
- Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
- Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Abdullayev küçəsi, döngə 9/21D
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














