Bank Respublika ASC
İnformasiya Texnologiyalarına Dəstək Departamentində Şəbəkə Administratoru
Son tarix 16 noy 2022 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud “NG Firewall”-ların administrasiyası;
- Şəbəkə avadanlıqların sazlanması və idarə edilməsi;
- RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
- WLAN, WAN, LAN şəbəkələrinin administrasiyası;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
- Data center şəbəkəsinin administrasiyası;
- VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası;
- Şəbəkə avadanlıqların fiziki quraşdırlması və dəyişdirməsi;
Namizədə qarşı tələblər:
- Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
- WLAN, WAN, LAN şəbəkələri və VPN/Firewall kimi texnologiyalar haqqında biliklər və onların tətbiqi üzrə təcrübə;
- AAA, RADIUS, TACAS+ barədə biliklər;
- Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər və təcrübə;
- BGP, EIGRP, OSPF, kimi marşrutlaşdırma protokolları haqqında biliklər və onların tətbiqi;
- VPN, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
- Data Center Switching haqqında bilik və təcrübə;
- 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər və onların tətbiqi üzrə təcrübə;
- Monitorinq sistemi üzrə biliklər;
- Şəbəkə topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik və təcrübə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə administratoru qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Layihələrin İdarə Edilməsi Departamentində Mütəxəssis/Aparıcı mütəxəssi
Son tarix 16 noy 2022 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Layihəyələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələrində LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək;
- Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak etmək;
- Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
- Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Layihələrin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.